Yazını böyüt
Yazını kiçilt
Azərbaycanın başlatdığı antiterror əməliyyatlarından bir gün keçməmiş artıq öz nəticəsini verməkdədir. Söhbət hərbi uğurlardan deyil, Qarabağdakı separatçı rejimin təslim olması və Bakının şərtlərini qəbul etmək çağırışlarının yüksək dillə səsləndirilməsindən gedir.
Erməni publisist və jurnalist Tatul Akopyan Facebook səhifəsində yazıb:
«Aldığım məlumata görə, Azərbaycan silahlı qüvvələri təmas xəttini yarıb irəliləyir və bu faktdır. Qanlı, qeyri-bərabər döyüşlər gedir. Ermənistanda və Qarabağda hakimiyyətdə olan cənablar, danışıqlara gedin və soydaşlarımızı xilas edin. Qərar verməkdən çox qorxursunuz? Gedin, Azərbaycanla danışıqlar aparın”, - deyə o əlavə edib.